Ard-arda fəlakətlər! Nepal iqlim təzminatı tələb edir


Avqustun 26-da Nepalın Çin sərhədi yaxınlığındakı Rasuva bölgəsində və ətraf ərazilərdə baş verən daşqın və torpaq sürüşmələri nəticəsində 1355 nəfər həyatını itirib.

Turkustan.az xeber verir ki, Nepalın xarici işlər naziri Hanal fəlakətin ağır nəticələrinə görə dünyanın ən böyük iqtisadiyyatlarını ölkəsinə yardım göstərməyə çağırıb.

Nazir bildirib ki, qlobal istixana qazı emissiyalarının 0,1 faizindən azına cavabdeh olan Nepal iqlim dəyişikliklərinin ağır nəticələri ilə üz-üzədir. O, ölkənin 20 milyon dollar məbləğində iqlim təzminatı tələb etdiyini açıqlayıb.

Alimlərin fikrincə, fəlakət ərimiş buzlağın qismən çökməsi ilə başlayıb. İqlim dəyişikliyinin daşqınların miqyasının artmasında rol oynaya biləcəyi ehtimal edilir.

Son məlumatlara görə, 1300-dən çox ölüm faktı təsdiqlənib, 5500-dən çox insanın isə itkin düşdüyü bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ