ABŞ ordusu Şərqi Sakit okeanda narkotik ticarətinə dəstək məqsədilə üzən yanacaqdoldurma məntəqəsi kimi istifadə edildiyi iddia olunan qayığı göyərtəsindəki şəxsləri təxliyə etdikdən sonra batırıb.
Turkustan.az xəbər verir ki, ABŞ Cənub Komandanlığı (SOUTHCOM) məsələ ilə bağlı X sosial media hesabında açıqlama yayıb. Bildirilib ki, Şərqi Sakit okeanda bir qayıq narkotik ticarəti fəaliyyətlərini dəstəkləmək üçün üzən yanacaqdoldurma məntəqəsi kimi fəaliyyət göstərdiyi əsas gətirilərək saxlanılıb.
Açıqlamaya görə, ABŞ hərbçiləri qayığa çıxaraq axtarış aparıb, daha sonra göyərtədəki şəxslər təxliyə edilib. Qayıq isə bundan sonra batırılıb.
SOUTHCOM həmçinin bildirib ki, kəşfiyyat məlumatları gəminin Ekvadorun ən böyük cinayətkar təşkilatlarından biri kimi tanınan “Los Choneros” qruplaşmasını dəstəklədiyini göstərir.
ABŞ ordusunun son dövrlərdə Karib hövzəsi və Sakit okeanda narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu iddia edilən qayıqları və onların sərnişinlərini hədəf alması beynəlxalq səviyyədə “məhkəmədənkənar qətllər” barədə müzakirələrə səbəb olub
Aytən Yaşar/ Turkustan.az