“Türk xalqlarının mədəni irs sərgisi” çərçivəsində mədəni proqram davam edib


“Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türk xalqlarının mədəni irs sərgisi” layihəsi çərçivəsində tədbirlər 5 sentyabr 2026-cı il tarixində də davam edib.

QHT.az xəbər verir ki, sərginin ikinci gününün açılışı Aytən Həsənovanın nitqi ilə açıq elan edildikdən və layihə koordinatoru Leyla Musayevanın çıxışından sonra günün əsas proqramına start verilib. Proqram “İpək tək səma” müəllif kukla biennalisinin sərgi ekspozisiyasının ziyarəti ilə başlayıb. İştirakçılar “ Leyla Khazari “ Art Gallery-də nümayiş olunan müəllif kuklaları ilə tanış olub, müxtəlif türk xalqlarının sənətkarlıq və estetik ənənələrini əks etdirən yaradıcı nümunələri izləyiblər.

Proqramın növbəti hissəsində türk dövlətləri nümayəndələri Atəşgah Məbədi Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər. Qonaqlar tarixi abidə və qoruğun ərazisi ilə tanış olub, Azərbaycanın zəngin tarixi-mədəni irsi haqqında məlumat əldə ediblər.

Layihənin koordinatoru Leyla Khazari sərginin türk xalqları arasında bir körpü olacağından danışıb.

Atəşgah ziyarəti layihənin yalnız sərgi formatı ilə məhdudlaşmadığını, eyni zamanda iştirakçıların Azərbaycanın tarixi və mədəni irsi ilə yaxından tanış olmasına imkan yaratdığını nümayiş etdirib.

Günün sonunda iştirakçılar üçün “Atəşgah” restoranında “Qala gecəsi” təşkil olunub.

Tədbir çərçivəsində mədəni proqram təqdim edilib, müxtəlif ölkələrdən gələn sənətkar və qonaqlar arasında qeyri-rəsmi görüş və fikir mübadiləsi keçirilib.

“Qala gecəsi” həmçinin iştirakçılar arasında yeni əlaqələrin qurulması, yaradıcılıq əməkdaşlığının təşviqi və türk xalqlarının mədəni irsi ətrafında fikir mübadiləsi baxımından mühüm platformaya çevrilib.

Tədbirin sonunda layihədə iştirak edən qonaq və sənətkarlara təşəkkürnamələr və hədiyyələr təqdim olunub.

Layihə çərçivəsində keçirilən proqram türk xalqlarının ortaq mədəni irsinin yalnız sənət əsərləri vasitəsilə deyil, canlı ünsiyyət, mədəni təcrübə və qarşılıqlı əməkdaşlıq vasitəsilə də tanıdılmasına xidmət edib.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ