ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin bu həftəsonu Moskva və Kiyevə səfər etmələri planlaşdırılır.
Turkustan.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində Amerika nümayəndələrinin yaxın günlərdə həm Ukraynaya, həm də Rusiyaya səfər edəcəyinin dəqiqləşdiyini bildirib.
Zelenskinin sözlərinə görə, Vitkoff və Kuşnerin əvvəlcə Moskvaya, bazar günü isə Kiyevə səfər etməsi gözlənilir. O, Ukraynanın bu səfərə hazırlaşdığını qeyd edib.
“Bu gün Stiv Vitkoff və Cared Kuşnerin Moskvaya, bazar günü isə Kiyevə səfər edəcəklərini müzakirə etdik. Biz bu səfərə hazırlaşırıq”, – deyə Zelenski bildirib.
Aytən Yaşar/ Turkustan.az