“Ukrayna və Rusiya müharibə səbəbindən bir-birinə etibar edə bilməsələr də, başa düşürlər ki, müharibə əbədi davam edə bilməz”.
Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov deyib.
“Əlbəttə, biz bir-birimizə etibar edə bilmərik, çünki müharibə içindəyik. Bu, məntiqli və başadüşüləndir. Amma hər iki tərəf başa düşür ki, həll yolu axtarmaq lazımdır, müharibə əbədi davam edə bilməz”, - o qeyd edib.
Budanov əlavə edib ki, Kiyev müharibəyə son qoyacaq istənilən addıma hazırdır, amma bunun üçün şərtlər Ukrayna üçün məqbul olmalıdır.
Onun fikrincə, hətta müharibə zamanı da qarşı tərəflə açıq söhbətlər aparmaq lazımdır: “Mən hərbi kəşfiyyat zabitiyəm. Bütün həyatım boyu dialoq və ünsiyyət içində olmuşam. Bu, mənim üçün çətin deyil”.
Budanov həmçinin Rusiya hərbi kəşfiyyatının rəhbəri admiral İqor Kostyukovla dəfələrlə danışdığını açıqlayıb.
Həmçinin o, vaxtilə “Vaqner” silahlı qrupunun keçmiş rəhbəri Yevgeni Priqojinlə də mütəmadi olaraq əlaqə saxladığını etiraf edib. Amma Budanovun sözlərinə görə, bu söhbətlər “Vaqner”in 2023-cü ildə Kremlə qarşı demarş etməsindən qısa müddət əvvələ qədər davam edib./teleqraf