Fransada Avropa İttifaqına üzv olmayan ölkələrdən gələn əcnəbi tələbələr üçün universitetlərdə tətbiq olunan yüksək təhsil haqlarına etiraz edən gənclər Xarici İşlər naziri Jan-Noel Barrota qarşı nümayiş keçiriblər.
Turkustan.az xəbər verir ki, paytaxt Parisdə Yeni Sorbon Universitetində “La Fabrique de la Diplomatie” (“Diplomatiyanın Quruluşu”) adlı iki günlük tədbir başlayıb.
Tədbirin ilk günündə keçirilən “Nazir gənclərlə üz-üzə” adlı sessiyada Jan-Noel Barrot universitet tələbələri ilə görüşüb.
Görüş zamanı Paris 8 Universitetinin tələbələrindən biri nazirə müraciət edərək Fransanın xarici siyasətini və hərbi xərclərin artırılması siyasətini tənqid edib.
“Siz sülhün qurulmasından danışırsınız, amma bu ritorikanın arxasında Fransanın yenidən silahlanmasını, müharibəyə doğru tələsməsini və millətçi təbliğatı müdafiə edirsiniz”, – tələbə bildirib.
Aytən Yaşar/ Turkustan.az