Ərdoğan Melonini təbrik etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Giorgia Melonini ölkə tarixində ən uzun müddət vəzifədə olan baş nazir olması münasibətilə təbrik edib.

Turkustan.az xəbər verir ki, Ərdoğan sosial media hesabında paylaşım edərək Meloniyə təbriklərini çatdırıb və Türkiyə ilə İtaliya arasındakı münasibətlərə toxunub.

Türkiyə Prezidenti iki ölkə arasında əməkdaşlıq və həmrəyliyin bundan sonra da daha da güclənəcəyinə inandığını bildirib.

Ərdoğan paylaşımında qeyd edib: “Xanım Giorgia Melonini ‘İtaliya Respublikasının ən uzun müddət vəzifədə olan baş naziri’ titulunu qazanması münasibətilə ürəkdən təbrik edirəm”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ