İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova


Tamamilə ABŞ-ın nəzarəti altında olan NATO İsraillə münasibətlərin gərginləşəcəyi təqdirdə Türkiyəyə vasitəçilik etməyəcək, çünki Vaşinqton buna icazə verməyəcək.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

"NATO-nun hərəkətləri ABŞ tərəfindən diktə olunur. Ağ Ev dəfələrlə bildirib ki, ABŞ-la İsrail arasındakı müttəfiqlik dərəcəsi tamamilə fövqəladədir”, - Zaxarova bildirib.

Ankaranın İsraillə münasibətləri gərginləşəcəyi təqdirdə alyansın dəstəyinə güvənə biləcəyi ilə bağlı suala cavab olaraq Zaxarova son sözü Vaşinqtonun deyəcəyini vurğulayıb./axar.az


MANŞET XƏBƏRLƏRİ