Peskov: “Ukraynadakı istənilən hərbi obyekt bizim üçün hədəfdir”


Kremlin sözçüsü Dmitri Peskov Almaniya, Böyük Britaniya və Fransanın Ukraynada uzun mənzilli raketlərin istehsalını təşkil etmək planlarına münasibət bildirib.

Turkustan.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında bu planları izlədiklərini və Ukrayna ərazisində yaradılacaq belə obyektlərin Rusiya Silahlı Qüvvələri üçün “qanuni hədəfə” çevriləcəyini deyib.

“Ukrayna ərazisindəki bu cür obyektlər Silahlı Qüvvələrimiz üçün qanuni hədəfə çevriləcək. Ukraynalıların başı ağrıyacaq”, – Kremlin sözçüsü bildirib.

Peskov həmçinin Ukrayna böhranının həlli üçün hazırda ortaq mövqenin formalaşmadığını, lakin bu istiqamətdə səylərin və təmasların davam etdiyini qeyd edib.

Kremlin sözçüsü ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşnerin Rusiyaya mümkün səfəri ilə bağlı məlumat veriləcəyini də bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ