İranın neft naziri Möhsün Paknejad ABŞ və İsrailin 28 fevralda başlayan hücumları zamanı zədələnən neft emalı zavodlarının əhəmiyyətli hissəsinin yenidən qurulduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, İran Neft Nazirliyinə bağlı SHANA xəbər platformasına danışan Paknejad bildirib ki, müharibə dövründə ölkənin xam neft ixracı dayandırılmayıb.
Fars körfəzində İranın əsas neft ixrac terminalının yerləşdiyi Hark adasına edilən hücumlardan danışan nazir adanın 23-24 kvadrat kilometr ərazisinə 550-dən çox zərbə endirildiyini bildirib.
“Bombardman altında belə, həmkarlarımız tankerləri doldurmağa davam etdilər”, – Paknejad deyib.
Nazir ABŞ və İsrailin hücumlarından sonra ölkənin cənubundakı neft və qaz emalı müəssisələrinin vəziyyətinə də toxunub. Onun sözlərinə görə, dağıntıların təmizlənməsi işlərinə hücumlardan 2-3 gün sonra başlanılıb və yenidənqurma prosesinin əhəmiyyətli hissəsi artıq tamamlanıb.
AYtən Yaşar/ Turkustan.az