Braziliya ABŞ-a reaksiya verdi


Braziliya hökuməti ABŞ administrasiyasının Vaşinqtondakı Braziliya səfiri Maria Luiza Ribeiro Viottinin vizasını ləğv etmək qərarına sərt etiraz edib.

Turkustan.az xəbər verir ki, Braziliya prezidentinin Mətbuat Ofisinin təqdim etdiyi yazılı bəyanatda ABŞ-ın bu addımının beynəlxalq hüquq və diplomatik normalara zidd olduğu, qərarın isə "tamamilə yanlış" hesab edildiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, səfirin vizasının ləğvinə əsas kimi göstərilən arqumentlər əsassızdır və Braziliya beynəlxalq hüquqa ciddi şəkildə əməl edən dövlətdir.

Hökumət həmçinin ABŞ ilə Braziliya arasında yaranan diplomatik gərginliyə toxunaraq, Vaşinqtonun Braziliyaya təyin etməyi planlaşdırdığı səfirin adını rəsmi prosedurlar tamamlanmadan ictimaiyyətə açıqlamasının diplomatik ənənələrə zidd olduğunu vurğulayıb.

Bundan əlavə, bəyanatda Braziliyanın ölkəyə girişinə hələ də icazə vermədiyi iki ABŞ rəsmisi ilə bağlı araşdırmanın davam etdiyi bildirilib. Rəsmi məlumata görə, həmin şəxslərin Braziliyanın seçki sistemini şübhə altına almaq məqsədilə ölkəyə daxil olmağa çalışdıqları iddia olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ