Narişkindən xəbərdarlıq: Böyük müharibə olacaq, bu ölkələr…


Avrasiya məkanında genişmiqyaslı münaqişənin yaranması riski realdır.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narişkin MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətləri rəhbərlərinin XXII toplantısında deyib.

Narişkinin sözlərinə görə, Avropalı liderlər nəzarət olunan eskalasiya strategiyasına inanırlar. O, Qərbdə Karib böhranı zamanı qarşıdurmanı dayandırmaq üçün məsuliyyətli və qətiyyətli addımlar ata biləcək siyasətçilərin olub-olmadığına şübhə ilə yanaşdığını bildirib.

Narışkin qeyd edib ki, eskalasiyanın nəzarətdən çıxmasının qarşısını almaq üçün kollektiv təhlükəsizlik sistemlərinin gücləndirilməsi, dialoq və əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi vacibdir.

O həmçinin Avropa cəmiyyətinin genişmiqyaslı müharibəyə hazır olmadığını iddia edib.

Narışkinin fikrincə, Avropada “Şərqdən gələn təhlükə” mövzusu hərbi xərclərin artırılması və sənayenin hərbi istiqamətə keçirilməsi üçün istifadə olunur./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ