Böyük Britaniyada 55 mindən çox insanın imzaladığı petisiya yeni Baş nazir Endi Börnəmə təqdim edilib.
Turkustan.az xəbər verir ki, petisiyada İsrailin Qəzzada törətdiyi iddia olunan əməllərə görə məsuliyyətə cəlb edilməsi və Britaniya hökumətinin İsrailə qarşı daha sərt mövqe tutması tələb olunur.
Fələstin Həmrəylik Kampaniyası (PSC) və Britaniya Fələstin Komitəsinin nümayəndələri petisiyanı Londondakı 10 Dauninq-strit ünvanında Baş nazirin ofisinə təqdim ediblər.
Petisiyanın təqdim edilməsində PSC-nin direktor müavini Ryvka Barnard, Britaniya Fələstin Komitəsinin direktoru Sara Hüseyni və aktrisa Cülyet Stivenson iştirak ediblər.
Kampaniya iştirakçıları Börnəmin rəhbərlik etdiyi yeni hökuməti beynəlxalq hüquqa və fələstinlilərin hüquqlarına riayət etməyə, həmçinin İsrailin Qəzzadakı hərəkətlərinə görə məsuliyyət məsələsində konkret addımlar atmağa çağırıblar.
PSC nümayəndəsi bildirib ki, Britaniya ictimaiyyəti yeni hökumətin İsrail və Fələstin siyasətində real dəyişiklik edib-etməyəcəyini diqqətlə izləyəcək.
Aytən Yaşar/ Turkustan.az