“Hələ Rusiyadan heç kim Robert Köçəryana görə zəng etməyib və ümid edirəm ki, heç kim zəng etməyəcək, çünki bu mənasızdır”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan "Dojd" telekanalına açıqlamasında bildirib.
O əlavə edib ki, Köçəryanın və onun partiyasının ritorikası əsasən Moskvadakı "danışan başlar"ın səsləndirdiyi ritorika ilə üst-üstə düşür.
Simonyan Köçəryanın saxlanılmasını parlamentdə "Ermənistan" blokundan olan millət vəkili, Robert Köçəryanın oğlu Levon Köçəryanın Baş nazir Nikol Paşinyanla mübahisəsi ilə əlaqələndirmək cəhdlərini “gülünc” adlandırıb.
"Bu mümkün deyil, belə iddia gülüncdür", - deyə o bildirib.
Qeyd edib ki, Robert Köçəryanın və ailə üzlərisnin saxlanılmasına səbəb olan işlər uzun müddət açıq qalıb.
Xatırladaq ki, avqustun 24-də parlamentdə "Ermənistan" blokundan olan millət vəkili və Robert Koçaryanın oğlu Levon Köçəryanla bBaş nazir Nikol Paşinyan arasında mübahisə baş vermişdi.
Parlament kürsüsündən Paşinyan Köçəryanın bütün əmlakını müsadirə etməklə hədələmiş, bu əmlakın onun övladlarına və nəvələrinə verə bilməyəcəyini bildirmişdi.
Dünən isə R.Köçəryan və oğlu saxlanılıb. Ona qarşı 9 epizod üzrə cinayət işi açılıb. /Cebheinfo.az/