Hörmüzlə bağlı yeni razılaşma: 7 millik dəhliz yaradılır


İran və Oman Hörmüz boğazında gəmiçilik üçün müvəqqəti yeni marşrutun yaradılması barədə razılığa gəlib.

Turkustan.az xəbər verir ki,İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, yeni dəhlizin ümumi eni təxminən 7 mil olacaq və cənub marşrutu bağlanacaq.

Qəribabadi İran dövlət televiziyasına açıqlamasında bildirib ki, razılaşmaya əsasən, yeni marşrut giriş-çıxış üçün iki istiqamətli dəhliz kimi fəaliyyət göstərəcək. O, marşrutun müvəqqəti xarakter daşıdığını və İranla Oman arasında gələcəkdə daimi marşrutla bağlı danışıqlar aparılacağını qeyd edib.

İran rəsmisi vurğulayıb ki, əldə olunan razılaşma Hörmüz boğazının tam açılması demək deyil. Onun sözlərinə görə, hərbi baxımdan boğaz hələ də bağlı hesab olunur.

Qəribabadi həmçinin bildirib ki, yeni marşrutun yaradılması ilə Hörmüz boğazının hazırda istifadə olunan cənub keçidi bağlanacaq və İran Silahlı Qüvvələri həmin marşrutdan keçidin qarşısını alacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ