“Regionlarda ailələrlə iş” layihəsi çərçivəsində görüşlər keçirilib


“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda ailələrlə iş” layihəsi çərçivəsində Ağcabədi rayonunda görüşlər keçirib.

QHT.az xəbər verir ki, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri Fatma Hacıyeva Ağcabədi rayonunda 7 ailə ilə görüş keçirib. Onlara sağlam ailə dəyərləri təbliğ olunub və bütün bunlar cəmiyyətin inkişafında ailə dəyərlərinin möhkəmlənməsi, həmin ailələrdə olan uşaqların cəmiyyətə sağlam adaptasiya olması ilə nəticələnib.Görüşlərdə layihənin psixoloqu Vəfa Abbasova da iştirak edib.

Qeyd edək ki, layihənin əsas məqsədi Ağcabədidə problemli ailələrlə iş aparmaq, sağlam ailə dəyərlərini təbliğ etməkdən ibarətdir.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ