Tramp Səudiyyə Ərəbistanına İsraillə bağlı şərt qoydu


ABŞ prezidenti Donald Trampın iyul ayında Səudiyyə Ərəbistanı ilə imzalanan nüvə sazişinin qüvvəyə minməsini Ər-Riyadın İsraillə münasibətləri normallaşdırması şərtinə bağladığı bildirilir.

Turkustan.az xəbər verir ki, “Wall Street Journal”ın ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, Tramp iyulun 23-də Vaşinqton və Ər-Riyad arasında imzalanmış nüvə sazişini nəzərdən keçirilməsi üçün Konqresə təqdim edib.

ABŞ rəsmisi bildirib ki, Tramp razılaşmanın qüvvəyə minməsi üçün Səudiyyə Ərəbistanının İsraillə münasibətləri normallaşdırması tələbini qüvvədə saxlayır.

ABŞ Energetika Nazirliyinin məlumatına görə, iyulun 22-də Energetika katibi Kris Rayt və Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səud “123 sazişi” kimi tanınan dinc nüvə əməkdaşlığı müqaviləsini, həmçinin ona əlavə edilmiş ikitərəfli təhlükəsizlik sazişini imzalayıblar.

Razılaşma Səudiyyə Ərəbistanının mülki nüvə proqramının inkişafına ABŞ texnologiyasının cəlb edilməsini nəzərdə tutur. Sazişin Konqresdə nəzərdən keçirilməsi tələb olunur.

AYtən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ