ABŞ-ın İrana qarşı strategiyasında hərbi zərbələrdən çox iqtisadi təzyiq və dəniz blokadasına üstünlük veriləcəyi bildirilir.
Turkustan.az xəbər verir ki, Axios-un məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio müttəfiq ölkələrin xarici işlər nazirləri ilə telefon danışıqları zamanı Vaşinqtonun İrana qarşı hazırkı strategiyasının əsas istiqamətlərini açıqlayıb.
ABŞ rəsmilərinin sözlərinə görə, Rubio bildirib ki, Vaşinqton “bu mərhələdə” İrana qarşı yeni hava zərbələri planlaşdırmır. Bunun əvəzinə ABŞ dəniz blokadası və Maliyyə Nazirliyinin tətbiq etdiyi yeni sanksiyalar vasitəsilə Tehrana iqtisadi təzyiqi artırmağa çalışacaq.
Bu strategiyanın əsas məqsədi İranın iqtisadi imkanlarını zəiflətmək və ölkəni daha geniş hərbi eskalasiyaya getmədən güzəştlərə məcbur etməkdir.
Aytən Yaşar/ Turkustan.az