Pakistanın paytaxtı İslamabadda xəstəxananın yeni doğulmuş körpələr şöbəsində baş verən yanğın nəticəsində 15 körpənin öldüyü bildirilir.
Turkustan.az xəbər verir ki,“Geo News”un məlumatına görə, hadisə yerli vaxtla saat 06:45-də Pakistan Tibb Elmləri İnstitutunun (PIMS) yeni doğulmuşlar şöbəsində baş verib. Yanğının kondisioner kompressorunun partlaması nəticəsində başladığı bildirilib.
Səlahiyyətlilər yanğın zamanı şöbədə olan körpələrdən birinin xilas edildiyini, 15 körpənin isə həyatını itirdiyini açıqlayıblar.
Xilasetmə qrupları yanğının söndürüldüyünü və hazırda ərazidə soyutma işlərinin aparıldığını bildiriblər. Hadisənin səbəblərini araşdırmaq üçün istintaq komitəsi yaradılıb.
Aytən Yaşar/ Turkustan.az