Rus hərbçilərə tank sürməyi və atəş açmağı görün kim öyrədib - ŞOK ARXİV


1995-ci ildə Böyük Britaniya 37 rusiyalı orta rütbəli zabit üçün iki həftəlik hərbi təlim keçirib.

Turkustan.az xəbər verir ki, sentyabr ayında təşkil olunan proqram çərçivəsində rusiyalı hərbçilər tank idarə edib, müxtəlif silahlardan atəş açıb, Britaniyanın müdafiə idarəetmə sistemi ilə tanış olub və ingilis dili dərslərində iştirak ediblər.

Rusiya nümayəndə heyəti Böyük Britaniya ordusunun bir sıra mühüm obyektlərinə, o cümlədən Kral Artilleriya Məktəbinə, Kral Zirehli Korpusunun mərkəzinə, Uorminsterdəki təlim mərkəzinə və Sandherstdəki Kral Hərbi Akademiyasına baş çəkib.

Təlimlərin maliyyəsini o vaxt baş nazir Con Meycorun hökuməti təmin edib. Britaniya hakimiyyəti proqramın əsas məqsədini peşəkar və demokratik institutların nəzarətində olan Rusiya silahlı qüvvələrinin formalaşmasına yardım kimi təqdim edib. Britaniya Müdafiə Nazirliyinin sənədlərində səfər hər iki ölkə üçün “əhəmiyyətli uğur” kimi qiymətləndirilib.

Londonun Rusiya hərbçiləri ilə əməkdaşlığı bununla məhdudlaşmayıb. Britaniya hökuməti xidmətdən ayrılan rusiyalı hərbçilərin yenidən hazırlanmasına da maliyyə ayırıb.

Parlament arxivinin məlumatına görə, 1998-ci ilin yazına qədər bu məqsədlə təxminən 3,6 milyon funt sterlinq xərclənib. 2001-ci ilin sonuna qədər isə ümumi məbləğ 7,6 milyon funt sterlinqə çatıb. Bu proqramlardan təxminən 13 min hərbi qulluqçu və istefada olan zabit yararlanıb.

Kurslar əsasən mülki xarakter daşıyıb. Keçmiş hərbçilərə logistika, biznes idarəçiliyi, informasiya texnologiyaları və xarici dil üzrə biliklər verilib.

Arxiv materiallarının üzə çıxması Moskva ilə London arasında hərbi əlaqələrin yenidən bərpa olunması ehtimalının müzakirə edildiyi bir vaxtda diqqət çəkib./publika.az


MANŞET XƏBƏRLƏRİ