Bu məcburi köçkünlüyün kədərli, nisgilli, ancaq sonu xoşbəxtliklə bitən hekayələrindəndir. Laçın rayonunun Mirik kəndindən olan Balakişiyevlər ailəsinin işğaldan əvvəlki və Qələbədən sonrakı foto və videolarının dili, ailə üzvlərinin xatirələri ilə canlandırılan bir hekayə...
Ermənistanın hərbi təcavüzü onları dağlar qoynunda yaşadıqları sevincli və bərəkətli günlərdən ayırıb, çöllərə salmış, ağır şəraitdə yaşamağa məcbur etmişdi.
Müzəffər Azərbaycan Ordusu düşməni məğlub edib torpaqlarımızdan qovduqdan sonra Mirik kəndindəki evlərinin xarabalıqları qalmış həyəti belə Balakişiyevlər ailəsi üçün keçmişin ab-havasını yaşadan əziz bir məkandır.
Xoş günlərin qayıdışı ailənin qürurlandırır və tezliklə doğma yurdda yaşayacaqlarına inam yaradır.
Videoçarx Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə hazırlanıb.