YPG ləğv edildi: Suriya ordusuna inteqrasiya olundu


YPG-nin lideri Məzlum Əbdi Suriya hökuməti ilə əldə olunan razılaşma çərçivəsində təşkilatın sözdə “muxtar administrasiyasının”, eləcə də ona bağlı hərbi və mülki strukturların ləğv edildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Məzlum Əbdi kimi tanınan Ferhat Abdi Şahin Suriyanın paytaxtı Dəməşqdə yerləşən Prezident Xalq Sarayında jurnalistlərə açıqlamasında YPG qüvvələrinin Suriya ordusunun briqadalarına inteqrasiyası prosesinin başa çatdığını bildirib.

Şahin qeyd edib ki, Suriya Prezidenti Əhməd Şara ilə əldə olunan razılaşmadan və inteqrasiya prosesinin tamamlanmasından sonra təşkilat müstəqil hərbi qüvvə kimi fəaliyyətini dayandırıb.

O, həmçinin YPG-nin sözdə “muxtar administrasiyasının” və ona bağlı bütün hərbi və mülki birləşmələrin ləğv edildiyini bildirib.

Suriya hökuməti ilə YPG arasında yanvarın 29-da atəşkəs və təşkilatın dövlət institutlarına mərhələli inteqrasiyasını nəzərdə tutan razılaşma əldə edilmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ