Özgür Özəldən diqqətçəkən açıqlama: “Artıq müxalifət partiyası deyilik”


Yeni Partiyanın sədri Özgür Özəl Trabzonda keçirdiyi görüşlər zamanı partiyasının siyasi hədəfləri ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Özəl bildirib ki, Yeni Partiya artıq yalnız müxalifət partiyası kimi fəaliyyət göstərmək niyyətində deyil və əsas məqsədi hakimiyyətə gəlməkdir.

“Hamı bilsin ki, Yeni Partiya artıq müxalifət partiyası deyil. Biz bu partiyanı sadəcə partiya yaratmaq üçün deyil, hakimiyyətə gəlmək üçün qurmuşuq”, – Özəl deyib.

Partiya lideri Yeni Partiyanın müxtəlif sosial qrupları bir araya gətirməyi hədəflədiyini vurğulayıb. O, partiyanı “mühafizəkarların, Lazların, kürdlərin və bütün Türkiyənin partiyası” kimi təqdim edib.

Özəl həmçinin bildirib ki, Yeni Partiya bundan sonra hökumətlə davamlı münaqişə və mübahisə aparmaq niyyətində deyil. Onun sözlərinə görə, partiya Qara dəniz bölgəsində fəaliyyətini genişləndirməyə başlayıb və Trabzon, Rizə, Artvin və Giresudan çoxsaylı dəvətlər alıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ