TƏCİLİ! Ermənistan ordusunda YOXLAMALARA BAŞLANILDI


Ermənistanın müdafiə naziri Suren Papikyan hərbi hissələrdə gözlənilməz yoxlamalar aparmağa başlayıb.

Turkustan.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Papikyan bildirib ki, yoxlamalar zamanı hərbi hissələrdə gündəlik fəaliyyətlərdən tutmuş xidmətin təşkilinə qədər bütün məsələlər diqqətdə saxlanılır.

“Gündəlik işlərdən tutmuş xidmətin təşkilinin bütün digər aspektlərinə qədər bütün məsələlərə diqqət yetirərək gözlənilməz yoxlamalar aparıram”, - deyə o qeyd edib.

Ermənistan müdafiə naziri daha əvvəl orduda cinayətkar subkulturaya qarşı sistemli mübarizə aparıldığını açıqlamışdı. Onun qərarına əsasən, zabit qruplarının növbətçi hərbi hissələrə göndərilməsi, yerlərdə xidmət edən hərbçilərə dəstək göstərilməsi və qoşunlarda xidmətin təşkilinə yardım edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, avqustun 13-də Ermənistanın Baş naziri Nikol Paşinyan orduda baş verən hadisələr və Silahlı Qüvvələrdəki vəziyyətlə bağlı açıqlamasında bu sahəyə birbaşa cavabdeh strukturlarda kadr dəyişiklikləri elan edib. Bundan sonra Silahlı Qüvvələrin Mənəvi və Psixoloji Hazırlıq İdarəsinin rəisi Serejha Stepanyan və Hərbi Polisin rəisi Aşot Zakaryan vəzifələrindən azad ediliblər. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ