“Azərbaycanda dörd qadın obrazı var: Əsli – ermənidir, Həcər, Nigar – Cəlalidir, Şirin – farsdır. Necə olur ki, Azərbaycan türkləri arasında bir qadın qəhrəman çıxmayıb?”
Bu fikirləri Globalinfo.az-a ADP sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri bildirib ki, xalq Qacarın anası Ceyran xanımı tanımır:
“İngilislər onun haqqında böyük kitab yazıblar. Cavad xanın xanımı Bəyim xanımı, Quba xanının bacısı Bikə xanımı tanımırlar. O, əlində silah ruslara qarşı vuruşub. Qaçaq Süleymanı, yəni Gülsüm xanımı heç kim tanımır. Bu cür əlimizdə real faktlarla qəhrəmanlığını təsdiq edə biləcəyimiz qadınlarımız ola-ola Azərbaycan xalqı onları tanımır.
Sərdar Cəlaloğlu
Şirinin bizə nə aidiyyəti var? O niyə xalq qəhrəmanı olmalıdır? Nə qəhrəmanlığı, nə də əxlaqı var. Oğlu ilə sevişib, atasına ərə gedib. Eləcə də Nigar. Koroğlunun arvadı olmaq onu xalqımıza qəhrəman kimi göstərməyə heç bir əsas vermir. Əsli erməni qızıdır. Onun Azərbaycanda bu qədər təbliğ edilməsinin məqsədi nədir? Kərəmlə nişanlanıb, atası sehrli köynək düzəldib. Kərəmlə evlənəndə Kərəm onun köynəyini açmaq istəyib, aça bilməyib, od düşüb, Kərəm yanıb. Əslinin müsbət rolu nədir? O tarixi şəxsiyyətdir, Kərəm yox. Niyə?
Həcər və Nəbi ər-arvad, ikisi də xalq qəhrəmanıdır. Koroğlu və Nigar da Cəlalidir. Ensiklopediyada onun Səfəvilərə qarşı mübarizə aparan Cəlalilər hərəkatının lideri olduğuna dair məlumatlar var. Məncə, sovet hökuməti dönəmində yazılmış bu ensiklopediya ləğv edilməlidir”.
