Rusiya mediasında Azərbaycanla bağlı səsləndirilən fikirlər Bakı tərəfindən diqqətlə izlənilir.
Turkustan.az xəbər verir ki, bunu rusiyalı jurnalist və radio aparıcısı Armen Qasparyan “Solovyov LİVE” proqramının efirində deyib.
“Mən dəfələrlə demişəm ki, ictimai-siyasi məkandakı blogerlərimiz heç olmasa bəzən sözlərinin necə şərh olunacağı barədə düşünməlidirlər. Azərbaycan hazırda elə də dost dövlət deyil, bunu hələ üstüörtülü və ehtiyatlı şəkildə deyirəm. Blogerlərimiz bu cür bəyanatlar verərkən başa düşməli idilər ki, söylədikləri sözlər gec-tez Bakıya çatacaq və nəticədə yenidən beynəlxalq qalmaqala səbəb olacaq. Rusiya informasiya məkanında səsləndirilən bəzi fikirlər iki ölkə arasında diplomatik gərginliyə səbəb ola bilər”, - Qasparyan bildirib./axar.az