Prokuror Qubad İbadoğlunun qardaşına cəza istədi


İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Qalib Bayramovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Turkustan.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Qalib Bayramovun 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə və 5 il sınaq müddəti olmaqla 9 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini təklif edib.

Növbəti məhkəmə prosesi sentyabrın 9-na təyin edilib.

Qeyd edək ki, Qalib Bayramova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Qalib Bayramov iqtisadçı Qubad İbadoğlunun qardaşıdır.


MANŞET XƏBƏRLƏRİ