Ərdoğan Səudiyyə Ərəbistanına səfər etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir günlük işgüzar səfər üçün Səudiyyə Ərəbistanına yola düşüb.

Turkustan.az xəbər verir ki, Ərdoğanı və onu müşayiət edən nümayəndə heyətini daşıyan təyyarə saat 07:30-da Ankaradan havaya qalxıb. Prezidenti hava limanında vitse-prezident Cevdet Yılmaz və digər rəsmi şəxslər yola salıblar.

Səfər çərçivəsində Ərdoğanın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşməsi gözlənilir.

Bu arada, təhlükəsizlik mənbələri Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın bu gün Ciddədə üçtərəfli müdafiə müqaviləsi imzalayacağını bildiriblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ