ABŞ Prezidenti Donald Tramp Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərə ehtiyacı ilə bağlı suala cavab verərkən ABŞ-ın da raket ehtiyatlarına ehtiyac duyduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Tramp bu sözləri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Jurnalist Trampa Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsinin uzaqmənzilli raketlərə və “Patriot” sistemləri üçün raketlərə təcili ehtiyac duyduğunu bildirdiyini xatırladıb.
Tramp isə ABŞ-ın keçmiş prezidenti Co Baydenin Ukraynaya 300 milyard dollar dəyərində sursat verdiyini iddia edərək, “Bizə də raketlər lazımdır” deyib.
ABŞ Prezidenti həmçinin bildirib ki, ilk prezidentlik müddətinin sonunda ölkənin sursat ehtiyatları “tam dolu” olub. Tramp Baydeni həmin ehtiyatların böyük hissəsini “gizlətməkdə” ittiham edib.
Aytən Yaşar/ Turkustan.az