Ermənistanın tərəfdaş ölkələrlə, xüsusilə strateji tərəfdaşı olan Rusiya ilə münasibətləri korlamağa imkan verəcək iqtisadi resursları yoxdur.
Turkustan.az xəbər verir ki, bunu avqustun 5-də Milli Məclisin iclasında müxalif “Güclü Ermənistan” blokunun deputatı Ayk Farmanyan bildirib.
Onun sözlərinə görə, Ermənistan iqtisadi baxımdan belə addımlar atacaq vəziyyətdə deyil. Deputat qeyd edib ki, Rusiya ilə ticarət dövriyyəsi təxminən 8 milyard dollar təşkil edir və bu, ölkə üçün mühüm göstəricidir.
“Əgər siz bu qədər suveren olduğunuzu deyirsinizsə, o zaman baş nazir niyə Mişustinlə görüş təşəbbüsü göstərdi və heç bir nəticə əldə edə bilmədi? Daha sonra Vladimir Putinlə telefon danışığı apardı, amma yenə də nəticə olmadı. Əvvəllər deyirdiniz ki, Aİİ bizə nə qədər lazımdırsa, biz də Aİİ üçün o qədər vacibik. Görünür, bu tezis də özünü doğrultmadı”, – deyə müxalifətçi bildirib. /KONKRET.az/