Zelenski: Rusiyanın neft obyektləri və ixrac terminalını vurduq


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müxtəlif bölgələrində yerləşən neft obyektləri və ixrac terminalına uzaqmənzilli zərbələr endirildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Zelenski sosial media hesabında paylaşdığı açıqlamada Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli silahlardan istifadə etməklə Rusiyadakı hərbi və strateji hədəflərə qarşı əməliyyatlarını davam etdirdiyini bildirib.

Onun sözlərinə görə, son hücum nəticəsində Rusiyanın Rostov vilayətində cəbhə xəttindən təxminən 250 kilometr aralıda yerləşən ixrac terminalı vurulub.

Zelenski hücumlarla bağlı olduğu bildirilən görüntüləri də paylaşaraq qeyd edib ki, Ukrayna dövlət sərhədindən təxminən 1300 kilometr məsafədə yerləşən Yaroslavl vilayətindəki neft obyektləri, eləcə də Rusiyanın Udmurtiya Respublikasındakı enerji infrastrukturu da hədəfə alınıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ