Lindsi Qrehemin yerinə bacısı senator təyin edildi - FOTO


ABŞ senatoru Lindsi Qrehemin qəfil ölümündən sonra boş qalan Senat mandatına onun bacısı Darlin Qrehem Nordon təyin edilib.

Turkustan.az xəbər verir ki, o, noyabr ayında keçiriləcək aralıq seçkilərə qədər senator vəzifəsini icra edəcək.

Təyinatı Cənubi Karolina ştatının respublikaçı qubernatoru Henri Makmaster həyata keçirib. ABŞ qanunvericiliyinə əsasən, senatorun vəfatı və ya istefası nəticəsində boşalan mandat üçün müvafiq ştatın qubernatoru müvəqqəti təyinat etmək səlahiyyətinə malikdir.

Məlumata görə, Darlin Qrehem Nordonun bu həftə and içməsi gözlənilir. Onun Senata qoşulması Respublikaçılar Partiyasının yuxarı palatada 53-47 nisbətində üstünlüyünü qorumasına imkan verəcək.

Lindsi Qremin bacısı atasının boşaltdığı vəzifəyə təyin edildi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ