Rusiyaya ağır zərbə: Bir gecədə 11 gəmi vuruldu


Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi ("Madyar") növbəti uğurlu əməliyyat barədə məlumat yayıb.

Onun sözlərinə görə, iyulun 14-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Azov dənizində Rusiyaya məxsus daha 11 gəmini uğurla hədəfə alıb.

Zərbələr nəticəsində düşmənin 5 tankeri, 5 quru yük gəmisi və 1 yedəkçi (buqsedici) gəmisi sıradan çıxarılıb.

Turkustan.az xəbər verir ki, Ukrayna tərəfi son günlər Rusiyanın dəniz logistikasına qarşı hücumlarını xeyli intensivləşdirib.

Robert Brovdi bildirib ki, təkcə son doqquz gün ərzində Rusiyanın logistika və neft daşınması üçün istifadə etdiyi ümumilikdə 116 gəmisi sıradan çıxarılaraq fəaliyyətsiz vəziyyətə gətirilib.

Ekspertlər qeyd edir ki, Ukrayna PUA-larının Azov dənizindəki bu ardıcıl zərbələri Rusiyanın bölgədəki hərbi təminat zəncirinə və iqtisadi maraqlarına ciddi zərbə vurur. /musavat.com/


MANŞET XƏBƏRLƏRİ