Tramp: İranın silah istehsal potensialının 84 faizi məhv edilib


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun İrana qarşı həyata keçirdiyi əməliyyatlar nəticəsində Tehranın silah istehsal potensialının təxminən 84 faizi məhv edilib.

Turkustan.az xəbər verir ki, Tramp bu barədə "Newsmax" telekanalına müsahibəsində danışıb.

"Onlar silah istehsal etmək qabiliyyətlərinin böyük hissəsini itiriblər. Bu, təxminən 84 faizdir", – deyə ABŞ prezidenti bildirib.

Trampın sözlərinə görə, əməliyyatın başlanmasından bəri İran hərbi potensialının və region ölkələrini təhdid etmək imkanlarının əhəmiyyətli hissəsini itirib.

"Dörd ay ərzində onları demək olar ki, Daş dövrünə qaytardıq. Onların hələ də müəyyən sayda raketi və bəzi imkanları var, lakin əvvəlki güclərindən çox uzaqdırlar", – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, son hava zərbələri İranın Hörmüz boğazında gəmilərə hücumlarda istifadə etdiyi mövqelər və hərbi obyektləri hədəf alır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ