“Amerika hərbçiləri çox yaxın zamanda İranın Natanz nüvə obyektinə hava zərbələri endirəcəklər”.
Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Ağ Ev rəhbəri “Salem Radio Network” radiosuna müsahibəsində bildirib ki, ABŞ yaxın günlərdə İrana ciddi zərbələr endirməyi planlaşdırır.
“Biz bunu edəcəyik. “Kirk dağı”nı yerlə-yeksan edəcəyik. İranlılara deyin ki, hazır olsunlar”, – deyə Tramp vurğulayıb.
Bundan əvvəl Trampın İrana qarşı hərbi əməliyyatların başlanması ilə bağlı ABŞ Konqresini rəsmi şəkildə məlumatlandırdığı bildirilmişdi.
Bu fonda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 14-də Şərq vaxtı ilə saat 16:00-dan etibarən İran limanlarının dəniz blokadasını bərpa edəcəyini açıqlayıb. /globalinfo.az/