Rusiya Prezidenti Vladimir Putin 7 iyulda Ankarada keçiriləcək NATO Liderlər Zirvəsi ərəfəsində hərbi komandanlıq mərkəzində kameralar qarşısına çıxaraq mühüm açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Rusiya dövlət televiziyasında yayımlanan və təxminən bir saat davam edən müşavirədə Putin həm Qərb ölkələrinə, həm də Rusiya ictimaiyyətinə Ukraynadakı müharibə ilə bağlı mesajlar ünvanlayıb.
Putin çıxışında Rusiyanın hərbi əməliyyatlardan geri çəkilməyəcəyini vurğulayaraq, "Rusiya bu xüsusi hərbi əməliyyatda qarşıya qoyduğu məqsədlərə bu və ya digər şəkildə nail olacaq", - deyə bildirib.
O, həmçinin Ukraynaya hərbi yardım göstərən ölkələrin siyahısının hazırlanması barədə tapşırıq verdiyini açıqlayıb. Müşahidəçilərin fikrincə, bu bəyanat əsasən Böyük Britaniya, Polşa, Fransa, Almaniya və Baltikyanı ölkələrə ünvanlanıb.
Aytən Yaşar/ Turkustan.az