Ankarada yüksək səviyyəli görüş: Ərdoğan Kaja Kallasla görüşdü


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyinin (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

Turkustan.az xəbər verir ki, prezident Sarayında keçirilən görüş mətbuata qapalı formatda baş tutub.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran, eləcə də Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ