Tramp administrasiyasına İran çağırışı: Məxfi brifinq keçirilsin


ABŞ Nümayəndələr Palatasının azlıq lideri Ceffris Tramp administrasiyasını İranla bağlı "məxfi brifinq" keçirməyə çağırıb.

Turkustan.az xəbər verir ki, nümayəndələr Palatasının azlıq lideri Hakim Ceffris Tramp administrasiyasını İranla bağlı hadisələrlə bağlı Konqres üzvləri üçün "qapalı brifinq" keçirməyə çağırıb.

Demokrat Ceffris Konqresdə keçirilən mətbuat konfransında administrasiyanın məxfi olmayan brifinq keçirmək qərarını müsbət, lakin qeyri-kafi bir addım kimi xarakterizə etdi.

Ceffris Nümayəndələr Palatasının və Senatın bütün üzvlərinin iştirak etdiyi məxfi brifinqə ehtiyac olduğunu vurğulayaraq bildirib ki, "Administrasiya bu gün məxfi olmayan brifinq keçirməklə düzgün istiqamətdə addım atır, lakin bu məsələ Nümayəndələr Palatasının bütün üzvləri üçün hərtərəfli, məxfi iclasın keçirilməsini tələb edir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ