Pensiyanın hər üç növü - yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalar üzrə sığorta göstəricilərinə əsaslanan ayrıca hesablanma qaydaları mövcuddur. Eyni zamanda, vətəndaşın bu pensiya növlərindən bir neçəsini almaq hüququ varsa, o, öz seçimi ilə bir pensiya növündən digərinə keçə bilər.
Turkustan.az xəbər verir ki, bunu DOST TV-də yayımlanan “Sosial saat” verilişində Dövlət Sosial Müdafiə Fondunun Pensiya və digər sosial ödənişlər üzrə təminat departamentinin müdiri Eyvaz İsmayılov bildirib.
O qeyd edib ki, əlilliyə görə pensiya alan şəxs yaşa görə pensiyaya, yaşa görə pensiya alan şəxs ailə başçısını itirməyə görə pensiyaya, yaxud əksinə, ailə başçısını itirməyə görə pensiya alan şəxs yaşa və ya əlilliyə görə pensiyaya keçmək hüququna malikdir:
"Pensiya növlərinin hesablanma qaydaları fərqli olduğundan, bir növdən digərinə keçid zamanı vətəndaşın mövcud sığorta göstəriciləri əsasında yenidən hesablanma aparılır. Məsələn, əlilliyə görə pensiya alan şəxs yaşa görə pensiyaya keçmək istədikdə, onun yaşa görə pensiya hüququ və məbləği yenidən müəyyənləşdirilir.
Əgər yeni hesablanmış yaşa görə pensiyanın məbləği vətəndaşın hazırda aldığı əlilliyə görə pensiyadan yüksəkdirsə, həmin pensiya növünə keçid məqsədəuyğun hesab olunur və pensiya bu əsasla təyin edilir. Əks halda, vətəndaş daha yüksək məbləğli pensiyanı seçmək hüququnu saxlayır".
Departament müdiri onu da diqqətə çatdırıb ki, praktikada nəzərə alınmalı vacib məqamlardan biri də pensiyaların hər il indeksləşdirilməsidir:
"Pensiya təyin edildikdən sonra onun məbləği indeksasiya yolu ilə artırılır. Məsələn, şəxs uzun müddət əvvəl əlilliyə görə pensiyaya çıxıbsa, həmin pensiya illər ərzində indeksləşdirilərək artırılıb. Lakin o, sonradan yaşa görə pensiyaya keçərsə, yeni təyin olunan pensiya üzrə indeksləşmə yalnız həmin pensiyanın təyin edildiyi tarixdən sonrakı dövr üçün tətbiq olunacaq.
Bu səbəbdən bəzi hallarda əlilliyə görə pensiyanın məbləği yaşa görə hesablanmış pensiyadan daha yüksək ola bilər və vətəndaş pensiya növünü dəyişməyi məqsədəuyğun hesab etməyə bilər. Bununla belə, qanunvericiliyə əsasən, vətəndaşın bir pensiya növündən digərinə keçməsinə hər hansı məhdudiyyət qoyulmayıb. Şəxs istənilən vaxt müraciət edərək pensiyasının növünün dəyişdirilməsini tələb edə bilər", - deyə E.İsmayılov əlavə edib.
Pensiyanın hər üç növü - yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalar üzrə sığorta göstəricilərinə əsaslanan ayrıca hesablanma qaydaları mövcuddur. Eyni zamanda, vətəndaşın bu pensiya növlərindən bir neçəsini almaq hüququ varsa, o, öz seçimi ilə bir pensiya növündən digərinə keçə bilər.
Modern.az xəbər verir ki, bunu DOST TV-də yayımlanan “Sosial saat” verilişində Dövlət Sosial Müdafiə Fondunun Pensiya və digər sosial ödənişlər üzrə təminat departamentinin müdiri Eyvaz İsmayılov bildirib.