Müharibə Yaxın Şərqə baha başa gələcək - Kallas


ABŞ ilə İran arasında döyüşlərin bərpa olunmasının bütün Yaxın Şərq üçün ağır nəticələri olacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) diplomatiya rəhbəri Kaya Kallas X sosial şəbəkəsində yazıb.

"Mən həmçinin Küveytin xarici işlər naziri ilə də danışdım. Fars körfəzi ölkələrinə və onların kritik əhəmiyyətli infrastrukturuna yenidən başlayan hücumlar qəbuledilməzdir. Tammiqyaslı müharibəyə qayıdış bütün regiona son dərəcə baha başa gələcək. Diplomatik yol bu müharibəyə son qoymağın ən yaxşı üsulu olaraq qalır", - Kallas əlavə edib. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ