Trampdan Netanyahuya: Tək qala bilərsən!


ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığında ona İrana qarşı mümkün addımlarda ehtiyatlı davranmağı tövsiyə etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp İsrailin 12-ci Kanal televiziyasına verdiyi müsahibədə Netanyahu ilə İran və İsrail arasında davam edən qarşılıqlı hücumları müzakirə etdiklərini deyib. Onun sözlərinə görə, telefon danışığı zamanı regionda gərginliyin daha da artmasının ciddi nəticələr doğura biləcəyi vurğulanıb.

ABŞ prezidenti bildirib ki, Netanyahudan İranın raket hücumlarına cavab olaraq genişmiqyaslı qisas əməliyyatlarına əl atmamağı xahiş edib.

“Mən Bibiyə dedim ki, atacağı addımlarda çox diqqətli olmalıdır. Əks halda, çox keçmədən özünü İrana qarşı təkbaşına görə bilər”, – deyə Tramp qeyd edib.

Trampın sözlərinə görə, qarşıdurmanın genişlənərək regional müharibəyə çevrilməsi İsrail üçün yeni risklər yarada və ölkənin beynəlxalq dəstəyinə təsir göstərə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ