Tramp İran planını son anda dayandırdı - GİZLİ DETALLAR


ABŞ hərbçiləri bir neçə gün öncə İranın malik olduğu zənginləşdirilmiş uranı ələ keçirmək məqsədilə təcili quru əməliyyatı planı hazırlayıb.

Turkustan.az xəbər verir ki, CNN-in məlumatına görə, yüksək rütbəli amerikalı general bu planla bağlı məxfi brifinq almaq üçün ABŞ ordusunun Floridadakı mərkəzi qərargahına gizli səfər edib.

ABŞ hərbçilərinin hazırladığı plana İran ərazisinə quru qoşunlarının göndərilməsi və zənginləşdirilmiş uranın güc yolu ilə ələ keçirilməsi daxil olub. Lakin plan hazırlandıqdan sonra ABŞ Prezidenti Donald Tramp İranın sərt reaksiyasından və bunun qlobal iqtisadiyyata mümkün təsirlərindən ehtiyat edərək əməliyyatın həyata keçirilməsinə razılıq verməyib.

CNN-ə danışan mənbələrin sözlərinə görə, İranın zənginləşdirilmiş uranı ölkə ərazisindəki bir neçə nüvə obyektində, əsasən İsfahan, Natanz və Fordo komplekslərində yerləşir. Uran ehtiyatlarının yerin dərinliyindəki tunellərdə saxlanıldığı bildirilir.

Telekanalın məlumatına əsasən, ötən ay yüksək rütbəli ABŞ generalı Floridadakı ABŞ ordusunun mərkəzi qərargahına gizli səfər edərək hərbçilərin hazırladığı planla bağlı məlumatlandırılıb. Mənbələrdən biri CNN-ə bildirib ki, belə bir əməliyyatın həyata keçirilməsi “çox yüksək risk” daşıyırdı.

Məlumata görə, İran ABŞ-la danışıqların uğursuz olacağı halda dünya iqtisadiyyatına ciddi zərbə vurmaq üçün hazırlıq görürdü. Məsələ ilə tanış üç mənbə bildirib ki, bu plana əsasən, husilər dünya ticarəti üçün mühüm su yolu olan Bab-ül-Məndəb boğazını bağlamalı idi. Bu addım Hörmüz boğazının bağlanması ehtimalı ilə yanaşı nəzərdə tutulurdu./modern.az


MANŞET XƏBƏRLƏRİ