Aİ Rusiyanın təzyiqlərinə qarşı Ermənistana sahib çıxdı


Avropa Birliyi (AB) Rusiyanın bu ölkəyə qarşı son ticarət məhdudiyyətlərindən sonra Ermənistana 50 milyon avrodan çox təcili maliyyə yardımı göstərəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığından sonra yazılı açıqlama verib.

Von der Leyen Rusiyanın Ermənistanı hədəf alan son məhdudiyyətlərini müzakirə etdiklərini bildirib və əlavə edib ki, "Bu, iqtisadi təzyiqdən başqa bir şey deyil və qəbuledilməzdir. Moskva Ermənistan məhsullarına ixrac məhdudiyyətlərini genişləndirməklə iqtisadi münasibətlərdən siyasi təzyiq silahı kimi istifadə edir".

Von der Leyen Aİ-nin Ermənistanla həmrəyliyini vurğulayaraq bildirib ki, "Biz Aİ dəstək paketi hazırlayırıq. Bu paketə 50 milyon avrodan çox təcili maliyyə yardımı daxildir. Daha çoxu hələ gələcək".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ