Ukrayna Prezidenti Volodimir Zelenski silah ixracının gələcəkdə ölkə üçün mühüm iqtisadi gəlir mənbəyinə çevrilməli olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Zelenski bu barədə axşam müraciətində danışıb.
Prezident qeyd edib ki, müdafiə sənayesi ilə bağlı geniş və praktik müzakirələr aparılıb. Onun sözlərinə görə, görüşdə həm Ukraynanın müdafiə ehtiyacları, həm də ölkənin beynəlxalq tərəfdaşlarla əməkdaşlığını gücləndirə biləcək ixrac imkanları müzakirə olunub.
“Bu gün silahlarımızla bağlı ətraflı və çox praktik görüş keçirdim. Məqsəd Ukraynanın müdafiəsi üçün daha çox hansı silahlara ehtiyac duyulduğunu və gələcəkdə ölkəmizi daha da gücləndirmək, dünya ilə əlaqələrimizi möhkəmləndirmək üçün hansı məhsulların ixrac edilə biləcəyini müəyyənləşdirməkdir. Silah ixracı Ukrayna üçün uzunmüddətli iqtisadi güc mənbəyinə çevrilməlidir”, – deyə Zelenski vurğulayıb.
O əlavə edib ki, hazırda bu istiqamətdə normativ-hüquqi və tənzimləyici məsələlər üzərində iş aparılır ki, heç bir dəyişiklik ləngiməsin.
Zelenski həmçinin bildirib ki, Ukrayna bir sıra əsas Avropa tərəfdaşları ilə yeni görüşlərə hazırlaşır. Bu görüşlərdə əsas mövzulardan biri Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi olacaq.
Aytən Yaşar/ Turkustan.az