Quru sərhədlərlə bağlı mühüm xəbər – Şəxsi maşınlar Türkiyəyə necə keçir?


Bakıdan Tbilisiyə dəmir yolu ilə gediş-gəlişin bərpasından sonra bəzi şəxslər avtomobillərini ayrıca daşıma xidməti vasitəsi ilə Türkiyəyə göndərirlər. Daha sonra onlar Gürcüstandan Türkiyəyə keçərək şəxsi nəqliyyat vasitələrindən istifadə edirlər.

Bu üsul sərfəlidirmi? Mövcud vəziyyəti nəzərə alsaq, Gürcüstanla quru sərhədlərin tam açılması yaxın vaxtlarda mümkün görünürmü?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, avtomobillər ölkədən yük kimi çıxarıla bilər:

“Maşınlar ölkədən öz hərəkəti ilə deyil, yük qismində çıxarılır. Bu zaman müxtəlif yükdaşıma xidmətlərindən istifadə etmək mümkündür. Bunun üçün əvvəlcədən müəyyən gömrük prosedurlarından keçilməlidir. Həmin prosedurlar tamamlandıqdan sonra avtomobil ölkəni tərk edə bilər. Bu üsulun sərfəli olub-olmaması barədə ümumi fikir bildirmək çətindir. Hər kəs daşınmanın ona sərf edib-etmədiyini öz imkanlarına və ehtiyaclarına uyğun qiymətləndirir”.

eldenizceferov 1667387582

Eldəniz Cəfərov

Ekspert qeyd edib ki, quru sərhədlərin açılması ilə bağlı hər hansı qərar yoxdur:

“Hazırda ölkədə karantin rejimi qüvvədə qalır. Buna görə də həmin məsələ ilə bağlı konkret fikir söyləmək mümkün deyil”.


MANŞET XƏBƏRLƏRİ