ABŞ Prezidenti Donald Tramp “Axios”un İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığına dair məlumatına münasibət bildirib.
Turkustan.az APA-ya istinadən xəbər verir ki, Tramp “The New York Post”un “Pod Force One” proqramına müsahibəsində bazar ertəsi günü İsrailin “Hizbullah”la münaqişəsi ilə bağlı telefon danışığı zamanı Netanyahunu “dəli” adlandırdığını təsdiqləyib.
“Mən bunu demişəm. Mən həmişə əsəbiləşirəm”, – Tramp qeyd edib.
ABŞ lideri vurğulayıb ki, Netanyahu daim Livanla döyüşüb və bu, onu bir qədər narahat edib.
“Bir məqamda dedim ki, biz bunu dayandıracağıq”, – o əlavə edib.
Bununla belə Tramp əlavə edib ki, İsrail liderinə hörmət edir və Netanyahu ilə “çox yaxşı” işləyir.