ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqlarla bağlı diqqətçəkən açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Tramp İranın nüvə silahına sahib olmamaq prinsipini qəbul etdiyini və tərəflər arasında danışıqların davam etdiyini bildirib.
ABŞ prezidenti həmçinin qeyd edib ki, İranın ali dini lideri danışıqlar prosesindən məlumatlıdır və bu təmasları təsdiqləyib.
“İran nüvə silahına sahib olmamağa razıdır. Onların lideri də danışıqları təsdiqləyib”, – deyə Tramp vurğulayıb.
ABŞ lideri gələcəkdə İranın ali rəhbəri ilə birbaşa görüş ehtimalını da istisna etməyib.
“Yəqin ki, nə vaxtsa onunla görüşəcəyəm”, – deyə, Tramp əlavə edib.
Trampın açıqlamaları Vaşinqton və Tehran arasında davam edən diplomatik təmasların gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Aytən Yaşar/ Turkustan.az