SON DƏQİQƏ: Bu şəxslər sərhədimizi qanunsuz keçmək istədi – FOTO


Zaqatalada dövlət sərhədini pozmağa cəhd edən 6 Nigeriya vətəndaşı saxlanıldı

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində növbəti əməliyyat uğurla həyata keçirilib.

Turkustan.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində yaxalanan şəxslərin Nigeriya Federativ Respublikasının vətəndaşları olduğu müəyyən edilib.

Sərhəd pozucularının şəxsiyyəti dəqiqləşdirilib:

İguare Oliver Osagie (1980-ci il təvəllüdlü)

Ogungbure Adesoji Austin (1986-cı il təvəllüdlü)

Akinniyi Olamilekan Sunday (1992-ci il təvəllüdlü)

Adele Moshood Adekunle (1994-cü il təvəllüdlü)

King Tamarasinla Gloria (1997-ci il təvəllüdlü)

Ajala Oluvafemi Moses (1998-ci il təvəllüdlü)

Faktla bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


MANŞET XƏBƏRLƏRİ