Hindistanın paytaxtı Yeni Dehlidə otel restoranında baş verən yanğın faciə ilə nəticələnib.
Turkustan.az xəbər verir ki, ilkin məlumatlara görə, 21 nəfər həlak olub və hadisə ilə bağlı araşdırma başlanıb.
Yanğın yerli vaxtla səhər saat 9:00 radələrində Yeni Dehlidə beşmərtəbəli otelin zirzəmisindəki restoranda baş verib. Alov tez bir zamanda otelin digər hissələrinə yayılıb.
Səlahiyyətlilər yanğın zamanı oteldə təxminən 40 nəfərin olduğunu bildiriblər. Siqnaldan sonra hadisə yerinə çoxsaylı yanğınsöndürmə və xilasetmə qrupları göndərilib və yanğında 21 nəfərin həyatını itirdiyi açıqlanıb.


Aytən Yaşar/ Turkustan.az