Putinin Ukraynaya kütləvi hücumlarının iki səbəbi...


Rusiya Ukraynada tammiqyaslı müharibənin başlanmasından bəri ən böyük hücumlardan birini həyata keçirib.

Turkustan.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.

Nəşr Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatlarına istinadən bildirib ki, 642 sursat zərərsizləşdirilib, təxminən 66 raket və pilotsuz uçuş aparatının hədəfə çatdığı qeydə alınıb.

Nəşrin müxbiri Ayvor Bennett Rusiya lideri Vladimir Putinin niyə belə zərbə endirdiyinə dair iki səbəb göstərib:

“Birincisi, öz əhalisi üçün müsbət xəbər fonu yaratmaqdır. Rusiyadakı neft emalı müəssisələrinə Ukraynanın hücumları və döyüş meydanında uğurların olmaması fonunda Putin əhaliyə göstərmək istəyib ki, o, ölkəsini qoruya və cavab zərbəsi endirə bilir.

Lakin bu, uğursuz cəhd olub və əslində Rusiyanın geri çəkildiyini göstərir. Putin bu hücumla ölkə daxilində öz nüfuzunu qorumağa çalışıb.

İkincisi isə, bu kütləvi hücum Donald Trampın diqqətini cəlb etmək cəhdi olub. Çünki Yaxın Şərqdəki vəziyyət səbəbindən ABŞ administrasiyası Ukraynadakı müharibənin dayandırılması üzrə sülh danışıqlarına daha az diqqət ayırmağa başlayıb və hazırda görüşlər ümumiyyətlə dayandırılıb”.

Bennett qeyd edib ki, ABŞ-ın Rusiya iqtisadiyyatına mümkün investisiyaları da yaxın gələcəkdə baş tutmayacaq. Bundan əlavə, Qərbin tətbiq etdiyi sanksiyalar qüvvədə qalır.

Onun sözlərinə görə, bu, Kremlin qarşısında ciddi problemdir və belə şəraitdə Putinin Ukraynaya qarşı hərbi müdaxiləni daha nə qədər davam etdirə biləcəyi sual altındadır. /Axar.az/


MANŞET XƏBƏRLƏRİ